"Azərpoçt"un filialından seyf oğurlanıb

Gündəm 13 Dekabr 2018 12:45 Oxunub 840
"Azərpoçt"un filialından seyf oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Şirvanda oğurluq edən şəxs saxlanılıb.  DİN-in Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a bildirilib ki, dekabrın 11-də Şirvan şəhər sakini Kamal Bağırzadə Şəhər Polis Şöbəsinə (ŞPŞ) ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 4 ədəd oyun aparatının və ona məxsus 16 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.

Belə ki, onların həmin gün "Azərpoçt" MMC -yə məxsus poçt filialından içərisində 7 ədəd “Dekoder” aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb.

Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb.

Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh