Qarlı hava şəraiti ciddi problemlər yaradıb

Avtoxəbər 13 Dekabr 2018 13:45 Oxunub 1529
Qarlı hava şəraiti ciddi problemlər yaradıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təkcə Kiyev vilayətinin 40 yaşayış məntəqəsi işıqsız qalıb

Ukraynada dekabrın 12-dən başlayan qeyri-sabit, qarlı hava şəraiti nəticəsində ölkənin 200-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təkcə Kiyev vilayətinin 40 yaşayış məntəqəsi işıqsız qalıb.

“Ukravtodora”nın yaydığı məlumata görə, Ukrayna yollarında nəqliyyatın hərəkətinə problem yaranmaması üçün 2 minə yaxın insan, 1700 texnika müvafiq işlərə cəlb olunub. Qeyri-sabit hava şəraiti nəticəsində ölkənin qərb hissəsində bəzi sərnişin qatarlarında gecikmələr yaranıb. Sinoptiklər qarlı və şaxtalı hava şəraitinin həftənin sonuna qədər davam edəcəyini bildirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh