Yol polislərinin gözü qarşısında "protiv" gedən sürücü kimdir? – VİDEO

Avtosfer TV 13 Dekabr 2018 16:03 Oxunub 2581
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşı “onu saxlamağa ixtiyarım" yoxdur deyir 

Avtosfer.az oxucularından biri saytımıza videogörüntü göndərib və DYP əməkdaşlarının bütün vətəndaşlara, xüsusən cəmiyyətə hörmətsizlik edib kobud qayda pozanlara qarşı eyni münasibət göstərmədiyindən şikayət edir. Belə ki, dekabrın 12-də, saat 19:08 radələrində Azadlıq prospektində tıxac zamanı 10 MM 035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtobilin sürücüsü özünü hamıdan vacib hesab edib digər hərəkət iştirakçılarına hörmətszilik edərək 1.3 xəttinin tələbini pozub tam olaraq əks yola çıxıb. Özü də düz yolun tənzimlənməsi ilə məşğul olan iki DYP əməkdaşının gözünün qarşısında. Lakin əməkdaşların heç biri sürücünü saxlamır, heç şifahi irad da bildirmir. Halbuki buna görə sürücüyə İXM-nin 327.4 maddəsi ilə protokol yazılmalıdır.
Videogörüntünü göndərən sürücü əməkdaşlara buna görə irad bildirsə də onların hər biri müxtəlif səbəb gətirməklə o sürücünü saxlamağa ixtiyarları olmadığını bildirib. Görəsən, əks yola çıxıb başqalarının üstünə avtomobil sürəndən daha təhlükəli sürücü kim ola bilər axi?
Avtosfer.az görüntüləri təqdim edir. 

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh