Azərbaycanın yol polisi Ukraynada dünya çempionu oldu - VİDEO

Yol polisi 13 Dekabr 2018 16:25 Oxunub 2385
Azərbaycanın yol polisi Ukraynada dünya çempionu oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tural Bayramov Moldova, Belarus və ukraynalı idmançıları məğlub edib 

Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə dünya çempionatı keçirilib. Yarışda 38 ölkənin idmançıları iştirak edib. Azərbaycanı bu yarışda Savat və Şaulin Döyüş Sənəti Federasiyasının 19 idmançısı təmsil edib. Avtosfer.az xəbər verir ki, ümuimlikdə, Azərbaycan komandası 7 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb. Qızıl medal qazanan idmançılardan biri Tural Bayramov yol polisi əməkdaşıdır. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı, polis serjantı Tural Bayramov Moldova, Belarus və ukraynalı idmançıları məğlub edərək dünya çempionu olub. Ona qızıl medal və diplom verilib.
Avtosfer.az yarışdan çəkilən videonu təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh