Fantastik qiymətə retro maşın satılır- VİDEO

Avtobazar 13 Dekabr 2018 21:01 Oxunub 2414
Fantastik qiymətə retro maşın satılır- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, nəqliyyat vasitəsinə 46 ildir qulluq edir

Ağstafa şəhərinin küçələrində şütüyən 63 illik avtomobil hər kəsin marağına səbəb olur. Rusiya istehsalı olan "Pobeda Qaz M-20" Ağstafa sakini İsbəndiyar Mehdiyevə məxsusdur. O, nəqliyyat vasitəsinə 46 ildir qulluq edir. Avtomobilin sahibi deyir ki, maşının hər hansı detalı dəyişməyib. Sürücü ilə birlikdə 5 nəfər sərnişin tutumuna malik olan avtomobil yüz kilometrə 9 litr yanacaq sərf edir. Ötürücü qutusu arxa ilə birlikdə 4 pilləlidir və saatda 140 km. sürətlə gedir. Sahibi bu maşınla bir neçə dəfə xarici ölkələrə gedib-gəldiyini deyir.

Avtomobilinin sükanını özündən başqa heç kimə verməyən İsbəndiyar Mehdiyev deyir ki, bu maşına 50 min manat pul və bir neçə xarici ölkə istehsalı olan avtomobil də təklif edilib. Amma onu satmaq fikrində deyil.

Nəqliyyat vasitəsinə filmlərdə köhnə səhnələr çəkmək və toy şənliklərində istifadə etmək üçün təkliflər gəlir. Şəhərdə isə avtomobillə şəkil çəkdirənlər də çox olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh