Qubada yol qəzasında xəsarət alan qadın ölüb

Qəzalar 13 Dekabr 2018 20:01 Oxunub 730
Qubada yol qəzasında xəsarət alan qadın ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba rayonunda yol qəzasında xəsarət alan qadın ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə bu il noyabrın 28-də qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh