Bəbir ibadət edən rahibi parçaladı

Gündəm 14 Dekabr 2018 23:55 Oxunub 807
Bəbir ibadət edən rahibi parçaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerli administrasiyası zərərçəkənin ailəsinə 16 min dollar kompensasiyanın ödəniləcəyini bildirib

Hindistanın Maharaştra ştatında meşədə meditasiya edən buddist rahib bəbir hücumuna məruz qalıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, insident pələng və bəbirlərin məskunlaşdığı qoruğun ərazisində baş verib. Hücuma məruz qalan rahibin hadisə yerinə öldüyü bildirilir. Rahul Ualki adlı rahib məbəddən çox uzaqlaşaraq qoruğun ərazisinə daxil olub və meşədə, ağacın altında meditasiya etməyə çalışıb. Meşəbəyi onu təhlükə barədə xəbərdar etsə də, o, deyilənlərə məhəl qoymayıb. Bölgənin yerli administrasiyası zərərçəkənin ailəsinə 16 min dollar kompensasiyanın ödəniləcəyini bildirib. Hadisənin yaşandığı Tadoba qoruğunda hazırda 88-ə yaxın pələng və bəbir saxlanılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh