İki Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi tarixi məlum olub

Gündəm 14 Dekabr 2018 23:22 Oxunub 534
İki Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi tarixi məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tərəflərin işçi səviyyədə keçirdikləri görüşdə bu barədə razılıq əldə olunub

Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi mərasimi dekabrın 26-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Panmun stansiyasında keçiriləcək. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, tərəflərin işçi səviyyədə keçirdikləri görüşdə bu barədə razılıq əldə olunub. İki ölkənin dəmir və avtomobil yollarının birləşdirilməsi və KXDR-in dəmir yollarının modernləşdirilməsi barədə razılıq Koreya Respublikası Prezidenti Mun Ce-İnin sentyabrda Pxenyanda KXDR lideri Kim Çen In ilə görüşündə əldə olunub. Buna uyğun olaraq, iki tərəfin müvafiq qurumlarının məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə Şimali Koreyanın dəmir yolu şəbəkəsinin təftişi layihəsinin icrasına başlanılıb. BMT Təhlükəsizlik Şurası layihəni Şimali Koreyaya tətbiq olunan sanksiyalara aid etməməklə ona "yaşıl işıq yandırıb".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh