Roma Papasının "Lamborghini"si lotereyada uduşa qoyuldu

Gündəm 14 Dekabr 2018 23:15 Oxunub 703
Roma Papasının "Lamborghini"si lotereyada uduşa qoyuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət əldə edilən vəsaiti müharibədən əziyyət çəkənlərə və qul ticarətinin ziyan vurduğu insanlara xərcləyəcək

Bir müddət əvvəl "Sotheby's" hərracında Roma Papasına məxsus avtomobil satışa çıxarılmışdı. Avtosfer.az "ölkə.az"a istinadən bildirir ki, indi də "Omaze" şirkəti bu "Lamborghini Huracan" modelini lotereyada uduşa qoymaq niyyətinə düşüb. Ötən il "Lamborghini" şirkəti Roma Papasına avtomobil bağışlamışdı. Papa isə avtomobili hərraca çıxararaq 809.375 avroya satmışdı. Əldə edilən vəsait isə xeyriyyə məqsədi üçün sərf edilib.

İndi isə "Omaze" onlayn-xeyriyyə platforması Roma Papasının superkarını lotoreyada uduşa qoyur. Bunun üçün isə istənilən şəxs ianə verməlidir və bu ianələr bal sistemi ilə qiymətləndiriləcək. Şirkət əldə edilən vəsaiti müharibədən əziyyət çəkənlərə və qul ticarətinin ziyan vurduğu insanlara xərcləyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh