Avtomobil 5 metr yüksəklikdən aşağı düşdü: biri ağır olmaqla 2 yaralı - VİDEO

Avtosfer TV 14 Dekabr 2018 22:42 Oxunub 1354
Avtomobil 5 metr yüksəklikdən aşağı düşdü: biri ağır olmaqla 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırma başlanılıb

Avtomobili ilə mənzərəni seyr etmək üçün dağın başına çıxan iki nəfər 5 metr yüksəklikdən yola düşüblər. Avtosfer.az haberler.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa əyalətinin İnegöl qəsəbəsində baş verib. Belə ki, Salman Çamlıdərə avtomobili ilə qız dostu Sinem Öztürkülə qəsəbəni izləmək üçün təpəyə gediblər. Söhbət etdikləri zaman maşın bir anda hərəkət edərək təxminən 5 metr yüksəklikdən yola düşüb.

Ətrafdakıların xəbəri ilə hadisə yerinə gələn tibb əməkdaşları, qəzanın şiddəti ilə əzilmiş maşında sürücü Salman Çamlıdərəni yüngül, sevgilisi Sinem Öztürükü isə ağır yaralandığı bildirildi. Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh