“Ferrari” yeni bolidini təqdim edəcək

Yarışma 14 Dekabr 2018 21:28 Oxunub 1306
“Ferrari” yeni bolidini təqdim edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı İtaliyanın “Ferrari” komandası yeni bolidini təqdim edəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə komandanın rəhbəri Mauritsio Arrivabene “Motosport”a bildirib.

Onun sözlərinə görə, mator sınaqdan keçirilib və bolidin detalları istehsal ərəfəsindədir. Bolid 2019-cu il fevralın 15-də təqdim olunacaq.

2019-cu il mövsümünün test yürüşləri 18 – 21 fevral və 26 fevral – 1 mart tarixlərində İspaniyanın “Barselona” şəhərində keçiriləcək.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh