Bakıda «kruq plyonka» ilə sürülən «07» - DYP hara baxır? FOTLAR

Xəbərlər 18 Fevral 2015 19:14 Oxunub 8737
Bakıda «kruq plyonka» ilə sürülən «07» - DYP hara baxır? FOTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
85 CC 885 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri tündləşdirilib

Oxuculardan biri Avtosfer.az-a maraqlı fotolar göndərib. Azneft meydanında dünən çəkilən fotolardan məlum olur ki, «VAZ-2107»markalı, 85 CC 885 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri tündləşdirilib. Şüşələrdə plyonka olduğu açıq-aydın görünür. Lakin deyəsən, yol polisləri bunu görə bilmirlər.

Ehtimal olunur ki, son vaxtlar dəbdə olan başqa bir vasitə ilə də avtomobilin şüşələri tündləşdirilib. Belə ki, həmin vasitə avtomobilin şüşülərinə xüsusi qurğunun quraşdırılmasından ibarətdir. Bu zaman sürücü salondakı düymə ilə şüşələrinin qısa zamanda tündləşdirilməsinə və ya şəffaf vəziyyətə gətirilməsinə nail ola bilir. Hər bir halda, fotolarda görünən avtomobilin şüşələrinin bu vəziyyətdə olması o deməkdir ki, nəqliyyat vasitəsi bu vəziyyətdə idarə edilə bilməz.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh