Təyyarədə temperatur +50 dərəcəyə qalxdı: sərnişinlərin halı pisləşdi - FOTO

Gündəm 15 Dekabr 2018 00:45 Oxunub 947
Təyyarədə temperatur +50 dərəcəyə qalxdı: sərnişinlərin halı pisləşdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstintaq Komitəsi baş verən qəza ilə bağlı araşdırmaya başlayıb

Sibir Hava Yollarına məxsus təyyarənin isitmə-soyutma sistemi sıradan çıxıb. Təyyarə salonunda temperatur əvvəlcə dondurcu səviyyəyə düşüb, sonra isə + 50 dərəcəyə qədər qalxıb.

İstiliyin həddindən artıq olması sərnişinlərdə halsızlığa səbəb olub. Təyyarə kapitanı isə temperaturun bu qədər yüksəlməsinin hər hansı problemə yol açmayacağını və təyyarəni təcili endirməyə lüzum olmadığını elan edib.

Yüksək isti səbəbindən təzyiqi qalxan iki qadın təyyarənin nisbətən sərin olan heyət otağına aparılıb. Bütün bunlara baxmayaraq, təyyarə sağ salamat eniş edib. Rusiya İstintaq Komitəsi baş verən qəza ilə bağlı araşdırmaya başlayıb. Hadisəyə aid görüntülər sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh