Avtomobillə piyadanı vurub qaçan qadın sürücü saxlanılıb

Qəzalar 15 Dekabr 2018 14:16 Oxunub 839
Avtomobillə piyadanı vurub qaçan qadın sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini V.Bağırova saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh