Avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlanıb - FOTO

Gündəm 15 Dekabr 2018 14:25 Oxunub 752
Avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən "Thunder King" yazısı olan 1 080 ədəd pirotexniki vasitə və "Milano" markalı 2 000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh