Polis olmaq istəyənlərin diqqətinə - Sıra baxışı keçiriləcək

Yol polisi 16 Dekabr 2018 15:23 Oxunub 5719
Polis olmaq istəyənlərin diqqətinə - Sıra baxışı keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür olan idman cüssəli gənclər iştirak edə bilər

Dekabrın 25-də Bakı Şəhər Baş Polis İdarəsinin tabeli və respublikanın şəhər, rayon polis orqanlarında vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin dekabr ayının 20-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək yaşayış yeri üzrə daimi qeydiyyatda olduqları şəhər, rayon polis orqanlarına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi 
- təhsil haqqında sənəd
- hərbi bilet
- əmək kitabçası (olanlar üçün)
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. 
Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir. 

Əlavə məlumat almaq üçün əlaqə telefonları: 
(012)-590-97-52; 
(012)-590-93-27; 
(012)-590-93-45

ŞƏRH YAZ
Ad

E-mail

Şərh