Hava qaralan kimi işıqları söndürürlər – Qəzalar da bu üzdən baş verir - VİDEO

Yazarlar 16 Dekabr 2018 15:51 Oxunub 1374
Hava qaralan kimi işıqları söndürürlər – Qəzalar da bu üzdən baş verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yolda icazə verilən sürət həddi 90 km/saat və 110 km/saat arasında dəyişir

Daimi oxucularımızdan biri Avtosfer.az-a videogörüntünü göndərib. Bildirir ki, dekabrın 15-də Bakı-Qazax avtomagistralında günün tam qaranlıq vaxtı yolu işıqlandırmalı olan lampalardan bir dənəsi belə yanmır. Bu yolda icazə verilən sürət həddi 90 km/saat və 110 km/saat arasında dəyişir.
Təsəvvür edin 90 km/saat sürətlə tam qaranlıq yolu getdiyiniz vaxt qarşınıza qəfildən hər hansı maneə,yolu qaçan heyvan keçsə nəticəsini yəqin ki, özünüz təsəvvür edirsiniz. Sonra da deyirlər ki, niyə yollarda bu qədər qəzalar,ağır faciələr olur? Ümid edirik ki, bu işdə məsuliyyətli olan rəsmilər tezliklə məsələnin ciddiliyini anlayıb problemi aradan qaldırar.
Avtosfer.az görüntüləri təqdim edir. 

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh