Türklər belə sürücülərə “qalın kafalı” deyir – Qoşa xətt lazımsızdır? - VİDEO

Avtoreyd 16 Dekabr 2018 20:02 Oxunub 4484
Türklər belə sürücülərə “qalın kafalı” deyir – Qoşa xətt lazımsızdır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özü qayda pozur, başqalarını buna məcbur edir

Bakıda “Mercedes” markalı, 10 XG 099 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün qəribə videosu yayılıb. Avtosfer.az xəbər verir ki, videonu sosial şəbəkələrdə Fərid adlı sürücü paylaşıb. Videodan da məlum olduğu kimi, “Mercedes”in sürücüsü avtomobili yolun tam olaraq hərəkət hissəsində saxlayıb yolu kəsir. O, digər sürücüləri məcbur edir ki, qarşı yola çıxsınlar. Fərid isə dəfələrlə səs siqnalından istifadə edərək “Mercedes”in sürücüsündən yol istəyir. Sürücü maşını biraz irəli sürüb yenə də yolun hərəkət hissəsində saxlayır və yerə düşüb siqnal verib yol verən sürücünün üstünə gəlir. Ona deyilir ki, nə üçün qayda pozursan, nə üçün yolu kəsib insanları qoşa xətti keçib qarşı yola çıxmağa məcbur edirsən? O isə cavab verir ki, qoşa xəttin əhəmiyyəti yoxdur. Fərid adlı sürücü ona çəkiliş apardığını deyib görüntüləri polisə göndərəcəyini bildirdikdə isə “Mercedes”in sürücü sakitcə maşına qayıdıb yolu boşaldır.
Görəsən, çəkiliş olmasaydı həmin sürücü nə edəcəkdi?

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh