Sürücü özünə və yol polisinə xəsarət yetirdi - Bakıda qalmaqal - FOTOLAR

Yol polisi 16 Dekabr 2018 19:42 Oxunub 7690
Sürücü özünə və yol polisinə xəsarət yetirdi - Bakıda qalmaqal - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi və sürücü xəsarət alıb

Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a məlumatı təsdiqləyib. O bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: "Sürücü, Zəngilan rayon sakini, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 53 yaşlı Məhərrəmov Kamil Atlıxan oğlu saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə polisə 50 manat pul təklif edib. İnspektorun prinsipiallığını görən sürücü avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, krbrit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Lakin sonradan cibindən alışqan çıxaraq özünə od vurub. Yol polisləri dərhal müdaxilə etməklə sürücünün əynindən yanan paltarları çıxarıblar və o, 5 nömrəli xəstəxananın Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh