Lüis Hemilton ilin ikinci ən yaxşı idmançısı seçilib

Yarışma 17 Dekabr 2018 22:28 Oxunub 1335
Lüis Hemilton ilin ikinci ən yaxşı idmançısı seçilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
33 yaşlı pilot velosipedçi Qeraynt Tomasdan geri qalıb

“Formula 1” üzrə 2018-ci il dünya çempionatının qalibi Lüis Hemilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı nominasiyasında ikinci yeri tutub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 33 yaşlı pilot “BBC Sport”un sorğusunda velosipedçi Qeraynt Tomasdan geri qalıb. Üçüncü yeri isə İngiltərə millisinin futbolçusu Harri Keyn tutub.

L.Hemilton 2018-ci il Azərbaycan Qran Prisinin də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh