"Evimin qarşısında səs salmayın" - deyib 3 nəfəri güllələdi - FOTO

Gündəm 18 Dekabr 2018 23:55 Oxunub 803
"Evimin qarşısında səs salmayın" - deyib 3 nəfəri güllələdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən ev sahibi və qonağı tutulub

Türkiyənin Kütahya şəhərində 3 nəfər güllələnib. Avtosfer.az bildirir ki, gecə saat 02:30 radələrində şəhərin Pirler məhəlləsində Sezai K. adlı sakin gecə saatlarında evinin qarşısında səs-küy salan şəxslərlə mübahisə edib. Mübahisəyə onun evində qonaq olan Mustafa Ç. Adlı şəxs də qoşulub. Gənclərin səs-küy salmağa davam etdiyini görən ev sahibi və qonağı silah pəncərədən atəş açmağa başlayıb. 25 yaşlı Anıl, 17 yaşlı Yalçın və onun qardaşı 16 yaşlı Salih güllə xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar.

Evdə axtarış aparan polis qanunsuz olaraq saxlanılan 2 tapança və 1 tüfəng götürüb.

Hadisəni törədən ev sahibi və qonağı tutulub. (publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh