Trek üçün pikap təqdim edildi – VİDEO

Avtodünya 18 Dekabr 2018 23:59 Oxunub 2571
Trek üçün pikap təqdim edildi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üçoxlu Exy Monster X Cencept hələlik yalnız renderlərdə mövcuddur

Carlex Design tüninq atelyesinin Pickup Design bölməsi Mercedes-Benz X-Class pikapının bazasında hazırladığı növbəti layihəni təqdim edib. Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, bu X-Class Exy 6x6 Concept pikapının ümumiyollar üçün versiyasıdır. Pikap karbondan hazırlanmış kuzova malikdir.

Üçoxlu Exy Monster X Cencept hələlik yalnız renderlərdə mövcuddur. Layihə müəllifləri karbon kuzovun pikapın ən seçilən xüsusiyyətlərindən biri olacağını bildiriblər. Kompozit materialdan aerodinamik dəstin bütün elementləri - təkər tağlarının genişləndiricilərindən tutmuş yük bölümünün qapağına kimi, - hazırlanıb. Pikap iki bucurqardla təchiz ediləcək, onun yük bölümü isə xüsusi sarı rəngə boyanacaq.

Bundan başqa, pikap genişləndirilmiş təkər izinə, klirensi azaldılmış idman asqısına, karbon-saxsı əyləc mexanizmlərinə və işqıdiodlarından hazırlanmış «çilçırağa» sahib olacaqdır. Salonda dəri ilə örtülmüş idman oturacaqları quraşdırılacaqdır.

Pikapın texniki hissəsi barədə məlumat verilməyib. Standart pikapın top-versiyası 258 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik dizel ilə təchiz edilir. Adi pikap yerindən 100 km/saat həddinə 7,5 saniyəyə sürətlənir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh