İki gün sərxoş olduğunu düşündülər: başından mərmi çıxdı

Gündəm 18 Dekabr 2018 22:42 Oxunub 658
İki gün sərxoş olduğunu düşündülər: başından mərmi çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma davam etdirilir

İki gündür sərxoş olduğu bilinən kişinin başından güllə mərmisi çıxıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, ailəsinin içki içdiyi uçun sərxoş olduğunu düşünən və iki gündür yarı huşsuz vəziyyətdə gəzən şəxsin başında güllə mərmisi olduğu müəyyən edilib.

Əldə edilən məlumata görə, evinin otağında yarı huşsuz vəziyyətdə tapılan O.Ç., yaxınları tərəfindən həddindən artıq içki içdiyini düşünərək onu müalicə üçün özəl tibb mərkəzinə aparıblar. Tibb mərkəzində müayyinədən sonra O.Ç., içki səbəbindən bu hala düşdüyü bildirilərək evə göndərilib. O.Ç-nin huşsuz vəziyyətinin iki gün ərzində keçməməsini görən ailəsi, bu dəfə oğullarınn Çukurova Universiteti Balcalı Xəstəxanasına aparıb.

Həkimlər tərəfində yenidən müayinə olunan O.Ç.-nin başında güllə mərmisinin olduğu müəyyən edilib.

Hadisənin polisə bildirilməsindən sonra hadisə yerinə cinayət axtarış əməkdaşları cəlb edilib.

Aparılan arşadırmalar nəticəsində ərazidə tapança tapılıb və araşdırlıması üçün şöbəyə aparılıb.

Polis O.Ç.-nin təsadüfü açılan atəş nəticəsində və asta güllə mərmisndən yaralanması ola biləcəyini dəyərləndirib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh