"Nəqliyyat idarə olunur, amma intellekti görmürük"

Yazarlar 18 Dekabr 2018 12:18 Oxunub 1223
"Nəqliyyat idarə olunur, amma intellekti görmürük"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azca yağış yağan kimi hərəkət iflic olur”

“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxxəsis yoxdursa, xaricdən gətirək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh