30 illik müharibə dövründən qalma xəzinə tapılıb

Maraqlı 18 Dekabr 2018 22:21 Oxunub 1336
30 illik müharibə dövründən qalma xəzinə tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi fermer bu tapıntının qiymətləndirilməsini gözləyir

Çexiyanın Pardubitse diyarındakı Kraliki qəsəbəsində yaşayan bir fermer qəsəbənin yaxınlığındakı çəmənlikdə dəri kisəyə yığılıb yerin səthindən bir qədər aşağıda qazılıb gizlədilmiş 6 ədəd qızıl sikkə aşkar edib. Osmanlı İmperiyasında, Avstriya-Macarıstan, Polşa və Niderlandda zərb edilmiş bu sikkələrin 30 illik müharibə dövründə gizlədilməsi ehtimal edilir.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu gün Pardubitsedə keçirilən mətbuat konfransında həmin tapıntı barədə rəsmi məlumat verilib. Alimlərin fikrincə, bu pullar bir muzdlu qatilə ödənilmiş haqq və ya qarətçinin əldə etdiyi qənimət ola bilər.

Çexiya qanunlarına görə, tapılmış xəzinənin dəyərinin 10 faizi onu tapan şəxsə ödənilir. İndi fermer bu tapıntının qiymətləndirilməsini gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh