Beynəlxalq Avtovağzalın iş rejimi DƏYİŞİR

Gündəm 18 Dekabr 2018 22:15 Oxunub 913
Beynəlxalq Avtovağzalın iş rejimi DƏYİŞİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən ehtiyat avtobuslar ayrılıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 15-dən yanvarın 3-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Avtosfer.Az xəbər verir ki, yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən ehtiyat avtobuslar ayrılıb.

Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – “www.bbak.az” saytından daha öncədən əldə edə bilərlər.

Əlavə sual və təkliflər üçün vətəndaşlar (012) 406-01-58/59 nömrələrinə müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh