Sakinlər Bakı-Qazax yolunu bağladı: İcra başçısının gəlməsini tələb edirlər – VİDEO

Gündəm 18 Dekabr 2018 23:33 Oxunub 749
Sakinlər Bakı-Qazax yolunu bağladı: İcra başçısının gəlməsini tələb edirlər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza qurbanına çevrilən qadın yol kənarında qaldığı üçün sakinlər qəzəblənənib

Bu gün axşam saatlarında Bakı Qazax magistralının Dəriməmmədli şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, orta yaşlı qadən piyadanı vuran naməlum sürücü hadisə yerindən qaçıb. Hadisə yerində olan digər sürücülər təcili tibbi yardım xidmətinə müraciət etsələr də artıq 3 saatdır ki, qəza qurbanına çevrilən qadın yol kənarında qalıb. Bundan qəzəblənən bir neçə Dəliməmmədli şəhər sakini Bakı-Qazax magistralına təkərlər düzərək yolu kəsiblər.

Hazırda həmin istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Əraziyə Dövlət Yol Patrul xidmətinin əməkdaşları sözü gedən yolda hərəkətin intensivliyini təmin etməyə çalışsalarda sakinlər yola düzdükləri təkərləri yandıracaqlarını bildiriblər.

Sakinlərin tələbi isə Goranboy rayon icra hakimiyyətinin başçısının hadisə yerinə gəlməsidir.

Redaksiyamıza daxil olan video görüntünü oxucularımıza təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh