Bakıda uşaqlar yol polisini sual “atəşinə tutdular” - FOTOLAR

Yol polisi 18 Dekabr 2018 23:58 Oxunub 2118
Bakıda uşaqlar yol polisini sual “atəşinə tutdular” - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri davam edir

Daxili İşlər və Təhsil nazirliklərinin təşəbbüsü ilə məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı aparılan maarifləndirmə işləri davam edir. Dekabrın 17-də 6 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, məktəbin direktoru Gülşən Orucova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, 250 şagird iştirak edib.
Yol nişnları, piyada keçidləri, təhlükəsizlik kəməri ilə bağlı biliklər İnteraktiv üsullarla uşaqlara öyrədilib. Mövzu ilə bağlı nümayiş olunan videosüjetlər uşaqlara izah edilib, hadisələr haqqında uşaqlarla müzakirələr aparılıb. DYP əməkdaşına yol hərəkəti ilə bağlı suallar verilib.
Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylanıb. 
 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh