Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü

Qəzalar 19 Dekabr 2018 00:02 Oxunub 832
Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BMW” markalı avtomobil qadın piyadanı vurub

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobil qadın piyadanı vurub. Bədən xəsarəti alan qadın hadisə yerində ölüb. İlkin məlumata görə, qadın Samux rayon sakinidir və o, qəsəbəyə qızıgilə qonaq gedirmiş. Hazırda ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

Goranboyda avtomobillə vurulan piyadanın kimliyi məlum olub. Belə ki, Lətifli Maarif idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini, 1948-ci il təvəllüdlü Nüvar Məmmədovanı vuraraq öldürüb.

 

Qafqazinfo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh