Cəlilabadda minik maşını traktorla toqquşub

Qəzalar 19 Dekabr 2018 00:14 Oxunub 819
Cəlilabadda minik maşını traktorla toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Ocaqlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Teymur Əlifağa oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb. Minik avtomobilinin sürücüsü xəsarət alaraq ağır vəziyyətdə "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh