YPX Alayının əməkdaşları Liman məktəbliləri ilə görüşdü – VİDEO

Yol polisi 19 Dekabr 2018 00:38 Oxunub 1363
YPX Alayının əməkdaşları Liman məktəbliləri ilə görüşdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tağım komandiri: “Uşaqları yol qəzalarından qorumağın yolu maarifləndirmədən keçir”

Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-cı tağımı Lənkəranda Liman şəhər 1 saylı orta məktəblndə görüş keçirib. Tağım komandiri, polis mayoru Hikmət Qafarov bildirib ki, bu ilin 10 ayı ərzində respublika üzrə 1432 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 585 nəfər ölüb, 1382 nəfər isə yaralanıb. Bu qəzalarda 7 yaşa qədər uşaqlardan 12 nəfər ölüb, 41 nəfər isə yaralanıb. Qəzalarda ümumilikdə 16 yaşa qədər 37 ölüm, 116 yaralı faktı qeydə alınıb.
Tağım komandiri bildirib ki, DYP rəhbərliyinin göstərişi ilə keçirilən bu cür görüşlər məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etməyə yönəlib. O qeyd edib ki, uşaqları yol qəzalarından qorumağın yolu maarifləndirmədən keçir: “Xüsusən, yol kənarlarına yaxın ərazilərdə yaşayan uşaqlar yollardan, piyada keçidlərindən düzgün istifadə etməlidirlər. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmaq olmaz. Xahiş edirəm ki, aşağı sinif şagirdlərini valideynlər özləri məktəbə gətirib-aparsalar daha təhlükəsiz olar”.
Mayor Qafarov bildirib ki, aparılan təbliğat işi, keçirilən görüşlər şagirdlərin dünya görüşünə müsbət təsir göstərir. 
100-ə yaxın şagird və müəllimin iştirak etdiyi tədbirdə yollarda yarana bilən təhlükələrdən qorunmaları üçün onlara yol təhlükəsizliyi qaydaları izah olunub, qaydaları öyrənmək üçün kitabçalar paylanılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh