Uşaqlara videoçarxlar göstərib sual-cavab etdilər - FOTO

Öyrənək 19 Dekabr 2018 09:01 Oxunub 2116
Uşaqlara videoçarxlar göstərib sual-cavab etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizami rayonunda orta məktəbdə maarifləndirici tədbir keçirilib

Nizami rayon Polis İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 210 saylı orta məktəbdə yol hərəkəti qaydaları üzrə maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov, 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Fəridə Süleymanova, Nizami rayon DYPŞ-nin əməkdaşı, kapitan Malik Manafov, Nizami RPİ-nin əməkdaşları, polis kapitanı Pərvanə Əzizova, baş leytenant Mehdi Seyidov, 24-cü polis şöbəsinin əməkdaşı, leytenant Xədicə Hüseynova iştirak edib. Tədbirdə yol polisinə həsr edilmiş klip və yol hərəkəti qaydalarına aid videoçarxlar nümayiş etdirilib. Sonra isə uşaqların həmin videomateriallar üzrə sualları dinlənilib və onlara cavab verilib. Uşaqlar yol hərəkəti qaydalarına dair şeirlər və mahnılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər.
Polkovnik Vaqif Əsədov uşaqların çoxsaylı suallarını cavablandırandan sonra onlara bukletlər və digər hədiyyələr verilib. 
 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh