2,5 milyon oğurlayan dəstəyə 90 il həbs cəzası verildi

Gündəm 19 Dekabr 2018 07:09 Oxunub 494
2,5 milyon oğurlayan dəstəyə 90 il həbs cəzası verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə prosesi zamanı 200-dən çox ekspertiza keçirilib və 50 şahid dindirilib

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsində “Xüsusi təyinatlı” adlı quldur dəstənin üzvlərinə hökm oxunub. Avtosfer.az-ın oxu.az-a istinadən xəbər verir ki, doqquz nəfərdən ibarət dəstə üzvlərinə ümumilikdə 90 il həbs cəzası verilib. Dəstənin üzvləri İqor Xludkov və Vitali Samsonov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, hər biri üç il müddətinə azadlıqdan məhrum ediliblər.  Quldurların qurbanları arasında Birləşmiş Ərəb Əmirliklərindən Peterburqa gələn azərbaycanlı iş adamı da olub. Cinayətkarlar təyyarədən enən Azərbaycan vətəndaşını oğurlayıb və üzərində olan 2,5 milyon dollar pulu ələ keçiriblər.

Məhkəmə prosesi zamanı 200-dən çox ekspertiza keçirilib və 50 şahid dindirilib.

Dəstə üzvləri “quldurluq”, “adam oğurluğu”, “zorakılıq”, “qanunsuz silah gəzdirmə” və “başqasının mülkünü zorla ələ keçirmə” maddələri üzrə təqsirli bilinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh