Fernando Alonso: 2018-ci ildə ən yaxşı yarışım Bakıda oldu

Gündəm 19 Dekabr 2018 08:03 Oxunub 907
Fernando Alonso: 2018-ci ildə ən yaxşı yarışım Bakıda oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu, uzun müddət ərzində mənim ifamda ən yaxşı yarış idi"

Bir sıra "Formula-1" komandalarının keçmiş pilotu, iki dəfə dünya çempionu Fernando Alonso, ötən mövsüm haqqında fikirlərini bölüşərkən, ən yaxşı yarışını Azərbaycan Qran-prisində keçdiyini bildirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ispaniyalı avtomobilçinin sözlərini "Marca" nəşri sitat gətirib. "Hisslər və duyğular baxımından mövsümün ən yaxşı yarışı, yəqin ki, Bakıdakı oldu. Birinci turdan sonra sonuncu yeri tutduq və avtomobilim zədələndi. Heç bir ümidimiz yox idi, lakin yenə də yeddinci bitirməyi bacardıq. Bu, uzun müddət ərzində mənim ifamda ən yaxşı yarış idi", - deyə Alonso bildirib. Ötən mövsüm zamanı Fernando Alonso 2018-ci ildən sonra "Formula-1"i tərk edəcəyini bildirib. Bununla belə, ispaniyalı bir ildən sonra yenidən çempionata qayıda biləcəyini istina etməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh