“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kimdir? - FOTOLAR

Avtosfer Foto 19 Dekabr 2018 12:22 Oxunub 4010
“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kimdir? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, baku.ws-in əldə etdiyi eksklüziv məlumata görə, ötən gün "Koroğlu”da yerləşən "Bravo” hipermarketinə girən "Audi-Q3”ün sürücüsü xanım olub. Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır. Sayt hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb. "Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - deyə Bikə Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün "Audi-Q3” markalı avtomobil "Koroğlu”da yerləşən "Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh