Azərbaycanın yelkənçiləri İzmirdə təlim–məşq düşərgəsində iştirak edəcək

Yarışma 19 Dekabr 2018 14:57 Oxunub 1289
Azərbaycanın yelkənçiləri İzmirdə təlim–məşq düşərgəsində iştirak edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müxtəlif hava şəraitlərində yarış təcrübələrini daha da gücləndirirlər

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı–ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim–məşq düşərgələrində iştirak ediblər. Təlim–məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir. 
Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası bu ilin 22-30 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində 2019–cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunacaq təlim – məşq düşərgəsində iştirak edəcək. Nüfuzlu “Teos Marina Yelkən Klubu”nun dəvətilə təlim – məşq düşərgəsinə  məşhur Türk Yelkən Klubları da qatılacaq. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış olacaq.
Qeyd edək ki, təlim – məşq düşərgəsində milli yığmamızın yelkənçiləri ilə yanaşı Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdirəcəklər.
Təlim-məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, Timur Sıkaçevskiy, “Laser” sinfi üzrə İsmayıl Kərimov, Cavid Kərimov, Murad Allahverdi, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev təmsil edəcəklər.
 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh