İngiltərədə yollar necə təmir olunur – Öyrənmək gec deyil - VİDEO

Yazarlar 19 Dekabr 2018 20:02 Oxunub 1156
İngiltərədə yollar necə təmir olunur – Öyrənmək gec deyil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir olunan ərazidə kifayət qədər işıqlandırılmış yol nişanları quraşdırılır

Avtosfer.az saytına İngilətərədə yaşayan həmyerlimiz videogörüntü göndərib. Videodan göründüyü və oxucumuzun bildirdiyi kimi, hadisə İngiltərənin kənar şəhərlərindən birində çəkilib. İkizolaqlı yolun bir zolağında bir günlük müvəqqəti təmir işləri gedir. Lakin buna baxmayaraq, təmir olunan ərazidə kifayət qədər işıqlandırılmış yol nişanları quraşdırılıb. Hələ bu nişanlar azmış kimi, ərazidə müvəqqəti svetofor da quraşdırılıb ki, maksimum təhlükəsizlik təmin olunsun. Oxucumuz bildirir ki, bir günlük yox, hətta bir saatlıq təmir işləri olanda belə eyni qaydada svetoforlar quraşdırılır, təhlükəsizlik təmin olunur.
Ümid edirik ki, Azərbaycanda da yolların tikintisi, təmiri ilə məşğul olan aidiyyatı qurumlar bu videogörüntüdən bir nəticə çıxarar. 
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh