Qayda pozan avtobus sürücüsü işdən qovuldu - VİDEO

Qaydalar 19 Dekabr 2018 16:15 Oxunub 2378
Qayda pozan avtobus sürücüsü işdən qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu nəticə digər sürücülərə də bir ibrət olar

Nayabrın 30-da Avtosfer.az saytında 165 saylı marşrut xətti üzrə hərəkət edən 10 TG 833 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün tam olaraq əks istiqamətə çıxdığı,avtobusda olan sərnişinlərə və digər hərəkət iştirakçılarına təhlükə yaşatdığı barədə xəbər vermişdik. Sürücülərdən biri avtobusun sürücüsünü öz yoluna qayıtmağa məcbur edərək ondan həm Dövlət Yol Polisinə, həm də Bakı Nəqliyyat Agentliyinı rəsmi şikayət etib. Bu gün BNA rəsmiləri tərəfindən həmin vətəndaşa cavab məktubu gəlib. Daşıyıcı şirkətin verdiyi məlumata əsasən sürücü Həziyev Qorxmaz Aslan oğlunun bu hərəkətinə görə işdən azad olunub.
Ümid edirik ki, bu nəticə digər sürücülərə də bir ibrət olar.
Avtosfer. az bir daha görüntüləri təqdim edir.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh