Bu da bizim kamikadze piyada - Yoldadır, yoxsa bulvarda? - VİDEO

Yazarlar 20 Dekabr 2018 09:36 Oxunub 2117
Bu da bizim kamikadze piyada - Yoldadır, yoxsa bulvarda? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Podyum"da gəzirmiş kimi yol keçənlər də var 

Yollarımızda məsuliyyətsiz sürücülər kimi, məsuliyyətsiz piyadalar da var. Təəssüf ki, piyadalar çoxluq təşkil edir. Bəzən bilərəkdən özlərini təhlükəyə atırlar. Elə bu videodakı piyada kimi. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, piyada öz səhlənkarlığı, diqqətsizliyi, harada hərəkət etdiyini dərk etmədiyindən az qala avtomobil tərəfindən vurulacaqdı. O sanki son anda siqnal səsinə ayılır və ağır faciə baş vermir. Düzdür, həmin ərazidə icazə verilən sürət həddi 60 km/saat olsa da sürücü vəziyyətə görə avtomobili daha ehtiyatlı idarə etməli idi. Amma piyada bu hadisə nəticəsində dünyasını dəyişsə, ağır xəsarət alsaydı böyük mənada təqsirin kimdə olmasının bir əhəmiyyəti olmayacaqdı. Gedən can geri qayıtmır. Odur ki, hörmətli piyadalar, yollarda ehtiyatlı olun.
Avtosfer.az görüntüləri təqdim edir. 

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh