Lyubov Andreyeva Formula W Series yarışlarında debüt edə bilər

Yarışma 20 Dekabr 2018 23:48 Oxunub 1312
Lyubov Andreyeva Formula W Series yarışlarında debüt edə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk mərhələnin mayın 3-dən 5-dək təşkil olunması nəzərdə tutulub

Formula W Series debüt çempionatında iştirak etmək istəyən qadın pilotların geniş siyahısını açıqlayıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, əvvəl açıqlanan siyahıya daha 6 pilotun adı əlavə edilib. Beləliklə, siyahıda 61 zərif cinsin nümayəndəsi yer alıb. Onlar arasında Qazaxıstandan olan Lyubov Andreyeva da var. İyirmi iki yaşlı idmançı hazırda Moskvada yaşayır. L.Andreyeva 2006-cı ildə kartinqlə məşğul olmağa başlayıb və bir il sonra Qazaxıstan çempionu olub. Pilot, həmçinin "Formula-Rusiya"da iki mövsüm "Astana Motorsport" komandasının heyətində çıxış edib. Seçim nəticəsində 18 iştirakçı Formula W Series yarışlarında iştirak hüququ qazanacaq. Yarış 6 mərhələdən ibarət olacaq. İlk mərhələnin mayın 3-dən 5-dək təşkil olunması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh