Gürcüstan "Boinq" konserni üçün ehtiyat hissələr istehsal edəcək

Yeniliklər 20 Dekabr 2018 23:15 Oxunub 1175
Gürcüstan "Boinq" konserni üçün ehtiyat hissələr istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Zavod müxtəlif təyinatlı 200 adda ehtiyat hissələri istehsal edəcək"

Gürcüstanda təyyarələr üçün ehtiyatlar istehsal edən zavod Amerikanın "Boinq" Təyyarəqayırma Konserni üçün də ehtiyat hissələri hazırlayacaq. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, konsern rəhbərliyi zavodun fəaliyyəti və istehsal etdiyi detalların keyfiyyəti ilə tanış olduqdan sonra zavoda keyfiyyət sertifikatı təqdim edib. Zavodun direktoru Arie Beysbord rəhbərlik etdiyi qurumun Amerikadan belə bir sertifikat almaq üçün uzun müddətdir çalışdığını deyib. Sonunda konsern rəhbərliyi zavodun xahişini qiymətləndirib və "Boinq" üçün ehtiyat hissələri istehsal etməyə icazə verib. Bu sertifikat zavoda yüksəkkeyfiyyətli mal-material istehsal etməyə imkan verir. "Zavod "Boinq" konserni üçün müxtəlif təyinatlı 200 adda ehtiyat hissələri istehsal edəcək", - deyə, Beysbord vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh