“Yol-nəqliyyat hadisəsinin gətirdiyi faciə bax budur” - Ərşad Hüseynov

Yazarlar 20 Dekabr 2018 10:47 Oxunub 1360
“Yol-nəqliyyat hadisəsinin gətirdiyi faciə bax budur” - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin 10 uşaqdan 3-nün gənc anası da bu yaxınlarda dünyasını dəyişibmiş

Səhər-səhər pis ovqatlı məlumat olsa da, avtoqəzaların müharibəyə oxşadığını anlatmaq məcburiyyətindən yazıram… Bu ayın əvvəlində Pirallahı-Qala yolunda baş verən ağır qəza yadınızdadır yəqin ki. Həmin qəzada 4 cavan oğlan dünyasını dəyişmidi. Onları tanıyan bir nəfər deyir ki (onun dediklərini başqa mənbədən dəqiqləşdirə bilməmişəm), bu 4 nəfərin 10 azyaşlı uşağı var. Deməli, 10 körpə uşaq atasız qaldı. Hətta həmin 10 uşaqdan 3-nün gənc anası da bu yaxınlarda dünyasını dəyişibmiş. Yəni 3 uşaq həm də hər iki valideynini itirdi.

Yol-nəqliyyat hadisəsinin gətirdiyi faciə bax budur.

Dostlar, yollarda məsuliyyətli olun. Öncə öz qarşınızda, sonra da sizə ehtiyacı olanlar qarşısında…

Ərşad Hüseynov,

Hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh