“Reno” yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb

Yarışma 21 Dekabr 2018 22:35 Oxunub 1294
“Reno” yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqdimat mərasimi 2019-cu il fevralın 12-də olacaq

“Formula 1” üzrə dünya çempionatında iştirak edən Fransanın “Reno” komandası yeni bolidini təqdim edəcəyi tarixi açıqlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, təqdimat mərasimi 2019-cu il fevralın 12-də komandanın Böyük Britaniyanın Enstoun şəhərindəki bazasında olacaq. Növbəti mövsümdə “Reno”nu Avstriya “Red Bull”unu tərk edən avstraliyalı Daniel Rikkardo və komanda ilə müqaviləsinin müddətini uzadan almaniyalı Niko Hülkenberq təmsil edəcək. Bunadək Böyük Britaniyanın “Force İndia” və İtaliyanın “Ferrari” komandaları da yeni bolidlərini təqdim edəcəkləri tarixləri açıqlayıblar. Bu komandalar müvafiq olaraq, 2019-cu il fevralın 13-də və 15-də təqdimat keçirəcəklər.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh