Dayanma-durma qaydasını kobud şəkildə pozan daha bir sürücü - FOTO

Yazarlar 23 Dekabr 2018 01:34 Oxunub 1716
Dayanma-durma qaydasını kobud şəkildə pozan daha bir sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir sürücü qayda pozarkən digərlərinin əziyyət çəkdiyini anlamalıdır

Son zamanlar paytaxtda dayanma-durma və parklanma qaydasını pozan sürücülərin sayı gündən-günə artmaqda davam edir. Bunların hamısı sürücülərdə məsuliyyət hissinin olmamasından baş verir. Bu dəfə Avtosfer.az-ın kamerasına paytaxtın Üzeyir Hacıbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsindəki piyada keçidinin üzərində park olunan avtomobilin görüntüləri düşüb. 99-MP-052 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qeyd olunan küçədə yolayrıcına 5 metrdən yaxın dayanmaqla sürücülərə, piyada keçidinin üzərində dayanmaqla isə piyadaların hərəkətinə mane olub.
Bu qaydaları pozmamaq üçün xüsusi düşüncəyə malik olmağa ehtiyac yoxdur. Sadəcə hər bir sürücü yolda qayda pozarkən öz rahatçılığını yox, digər insanların əziyyət çəkməyini görüb anlamalıdır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh