Azərbaycanda qorxunc yol – Buradan keçən maşınların təkəri cırılır

Xəbərlər 23 Dekabr 2018 02:57 Oxunub 3971
Azərbaycanda qorxunc yol – Buradan keçən maşınların təkəri cırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər gün onlarla avtomobilin təkəri bu yolda cırılıb yararsız hala düşür

Gənc fəal Ayaz Hüseynov feysbook profilində sürücülərə müraciət edərək qeydi-hadisə ilə üzləşdiyini bildirib və hamını diqqətli olmağa çağırıb. Avtosfer.az xəbər verir ki, dünən axşam rastlaşdığı problem Qubadan Bakıya qayıdanda yaranıb: “Şabranı keçən kimi bərbad halda olan yol başlayır. Siyəzən rayonuna döngəyə çatarkən yolda nə varsa bilmirəm, avtomobilimin sağ qabaq və arxa təkəri birdən cırılıb tamamilə yararsız hala düşdü. Sağa verib saxlayarkən yol kənarında bir neçə avtomobil gördüm. Yaxınlaşıb soruşanda ki, nə məsələdir? Sürücülər gileylə dedilər ki, kiminsə 2, kiminsə 4 təkəri birdən cırılaraq bərbad hala düşüb. Evakuator xidmətinə zəng edərkən “Quba-Bakı yolunda avtomobilimin təkərləri cırılıb” deyən kimi, dərhal reaksiya verib dedilər ki, yeri bilirik, sürücü yollayırıq. Evakuator sürücüsü gəldikdə soruşdum ki, bu cür hallar bu yolda tez rez baş verir? Dedi, gündə onlarla avtomobilin təkəri bu yolda cırılıb yararsız hala düşür.
Mənə maraqlıdır ki, biz sürücülərə dəyən bu qədər maddi və mənəvi ziyanı ödəməkdə kim məhsuliyyət daşıyır?! Bu ciddi məsələ ilə əlaqədar aidiyati orqanlar ciddi məşğul olmalıdır və bu halın olmasında günahkar olan şəxs məhsuliyyətə cəlb olunmalıdır.
Sizə məsləhətim odur ki, Qubadan Bakıya qayıdanda Siyəzənin daxili yolundan istifadə edərək gəlin. Yoxsa sizin də başınıza bu cür xoşa gəlməz hal gələ bilər”.
Qeyd edək ki, qanunvericiliyə görə, yol təsərrüfatındakı nöqsana görə sürücüyə dəyən maddi zərər həmin yola cavabdeh elən qurum ödəməlidir. Bunun üçün sürücü məhkəmə qarşısında məsələ qaldıra bilər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh