Bazarda avtomobillərin qiyməti 20 faiz bahalaşdı - VİDEO

Avtobazar 23 Dekabr 2018 21:01 Oxunub 2045
Bazarda avtomobillərin qiyməti 20 faiz bahalaşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarda avtomobillərin sayı hədsiz çoxalıb

Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır. Buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 faiz bahalaşmasıdir.

Əməkdaşlarımız Bakının avtomobil bazarında ikinci əl maşınların qiymətlərını araşdırıblar.

Məlum olub ki, son günlər maşınların qiymətində bahalaşma var.

Satıcılar, ötən aylarla müqayisədə bayram öncəsi avtomobillərin qiymətinin 15-20 faiz bahalaşdığını bildirirlər. Qiymət artımının olmasını satıcılarla yanaşı alıcılar da təsdiq edir. Onların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda satılan avtomobilin qiyməti arasında fərq nəzərəçarpacaq şəkildədir.

Maşın bazarında avtomobillərlə bağlı təkcə fərq bununla yekunlaşmır. Bazarda avtomobillərin sayı hədsiz çoxalıb. Çünki gəlin il yanvarın birindən gömrükdə rüsumların qalxması ilə əlaqədar indidən bir çox vətəndaşlar xaricdən həm yeni, həm də işlənmiş avtomobilləri alaraq bazarda satışa çıxarıblar.

Satıcılar gələn ilin yanvar ayından ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını bildirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh