Bu ərazidə işıqforun olmaması qəza şəraiti yaradır - VİDEO

Yazarlar 24 Dekabr 2018 10:01 Oxunub 1195
Bu ərazidə işıqforun olmaması qəza şəraiti yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çatışmazlığı aradan qaldıracaqlar

Bakıda böyük bir qəsəbənin sakinləri ərazidə işiqfor olmadığından sözün əsl mənasında əziyyət çəkirlər. Söhbət Mərdəkan qəsəbəsindən əsas yola çıxışdan gedir. Süleyman Rəhimov küçəsindən Mərdəkan şosesinə çıxışda işiqfor yoxdur. Bu səbəbdən də həmin ərazidə günün istənilən vaxtı qəza şəraiti yaranır. Qəsəbədən əsas yola çıxışda işıqforun olmaması sürücüləri çaş-baş salıb. Yaranan bu vəziyyət qəza şəraitini də qaçılmaz edir.

Ərazidə işıqfor var, hətta Şağan qəsəbəsinə giriş-çıxış üçün istiqamətverici işqıfor da qoyulub. Ancaq Süleyman Rəhimov küçəsindən çıxan nəqliyyat vasitələri üçün işıqfor qoyulmayıb. Bu da təbii ki, sürücüləri çətin vəziyyətə salır.

Sakinlər deyir ki, həmin ərazidə yaşayış çox olsa da əsas yola çıxışda heç vaxt işıqfor olmayıb. Son vaxtlar isə bir çox sürücünün ünvanına işıqforun qırmızı işığında keçməyə görə elektron protokol gəlib.

Görüntünü izləyən yol hərəkəti üzrə eksper Ərşad Hüseynov deyir ki, yol ayrıcının 3 istiqaməti işıqforla tənzimlənir. Digər yol isə tənzimlənmir. Bu da qanunvericiliyə uyğun deyil. Ekspert həmin ərazidə yol hərəkətinin təşkilində çatışmazlığın olduğunu bilidirir. Sürücülərin ünvanına gələn protokolu isə Ərşad Hüseynov yaranmış vəziyyətə görə qanuna uyğun hesab etmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, sabah agentliyin əməkdaşları əraziyə baxış keçirib, çatışmazlığı aradan qaldıracaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh