DYP-nin hissə rəhbərlərinin işi qeyri-qənaətbəxş sayıldı

Yol polisi 20 Fevral 2015 21:53 Oxunub 1928
DYP-nin hissə rəhbərlərinin işi qeyri-qənaətbəxş sayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş DYPİ-də nazir müavini Oruc Zalovun rəhbərliyi ilə yol polisinin ötən ilki fəaliyyəti müzakirə olunub

Respublika Baş Dövlət Yol Polisi İdarəsində 2014-cü il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilib. Avtosfer.az xəbər verir ki, respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilib nəticələri daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunub. Hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilib. 

Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq  tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilib.

2014-cü il ərzində “Siqnal” İİLİ tərəfindən 91 svetofor obyekti quraşdırılıb, 19.536 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 1.533.163 pm cizgiləmə işi aparılıb.

Baş İdarədə yeni yaradılmış 902-«Qaynar xətt» xidmətinə daxil olan 12.500-dən çox şifahi sorğular cavablandırılıb. Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirilib, 3167 şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 4.405 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh