“Ferrari” iki il ard-arda “Qızıl Tapir” antimükafatının laureatı olub

Yarışma 24 Dekabr 2018 22:28 Oxunub 1583
“Ferrari” iki il ard-arda “Qızıl Tapir” antimükafatının laureatı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəyi düz, nəyisə səhv etmişiksə, bunlar hamısı “Tapir”i almaq istəyimizdən irəli gəlib

Formula 1-in “Ferrari” komandası ard-arda ikinci dəfə İtaliya televiziya kanallarından birinin təsis etdiyi idmanda uğursuzluğa görə “Qızıl Tapir” antimükafatının laureatı olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Ferrari” dünya çempionu titulunu əldən verdiyinə görə bu il də antimükafatı qazanıb. Mauritsio Arrivabene yenə antimükafatı özü qəbul edib və “Qızıl Tapir” Maranelloya çatdırılıb. Arrivabene “mükafat” təqdim olunarkən bu məsələ ilə bağlı zarafat etməyi də unutmayıb. O deyib: “Fikirləşirsiniz ki, bizim bolidin motoru “Fiat Punto”dandır? Bizim mühərrik əladır və daim yaxşı işləyib. Nəyi düz, nəyisə səhv etmişiksə, bunlar hamısı “Tapir”i almaq istəyimizdən irəli gəlib. Əslində, biz çempionata pis başlamamışdıq, lakin yekunda zəfər nəğməsini biz deyil, “Mercedes” ifa etdi”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh