Saxta nömrəli «Niva»ların Bakıda təhlükəli gecə şousu – VİDEO

Avtoreyd 20 Fevral 2015 23:40 Oxunub 8762
Saxta nömrəli «Niva»ların Bakıda təhlükəli gecə şousu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«07»dən sonra «Niva»lı «avtoş»lar peyda olub, saxta nömrə ilə əyləncə qururlar

Bu kadrlar Bakının mərkəzi küçələrində çəkilib. Video Youtube sosial şəbəkəsində öətən ilin sonlarında yayılıb. Göründüyü kimi, «Niva» markalı avtomobillərlə «avtoş»luq edənlər hətta özləri üçün klip də çəkdiriblər və sosial şəbəkələrdə yayıblar.

Avtosfer.az-ın məlumatına görə, «07» ilə «avtoş»luq edənlərin dövrü artıq başa çatır. İndi avtoxuliqanlar üçün dəbdə olan maşınlar «Niva» və «Lada-Priora»dır. Bu kadrlarda gördüyünüz «Niva»ların üzərindəki nömrələr guya Almaniya nömrələridir. Amma sual yaranır; Rusiya istehsalı olan avtomobilin üzərində alman nömrəsi nə gəzir?

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrələr saxta nömrələrdir, «avtoş»ların dili ilə desək, «lipa» nömrələrdir və onları Bakıda hazırlatdırırlar. Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər isə heç də sadə insanlar deyilllər. Məlumata görə, onlar imkanlı şəxslərin övladlarıdır və gecələr Bakıda bu cür əyləncələr təşkil edib avtoralliyə çıxırlar. Avtomobillərin birinin nömrə yerinə «Rokc-N-Roll», digərinə isə H-333-R yazılıb.

Bu kadrların konkret nə vaxt çəkildiyi məlum olmasa da, görünən budur ki, «Niva»larla «avtoş»luq edənlər gecə yarısı şəhərə çıxırlar. Çünki kadrlardan görünür ki, küçələr boşdur, tək-tük avtomobil gözə dəyir. Onlar isə ancaq mərkəzi küçələrdə hərəkət edirlər, asfaltda təkərlərin izini qoyub adrenalin çıxarırlar. Maraqlısı budur ki, avtoxuliqanlaq öz əməllərini peşəkarcasına lentə aldırıblar və rolik hazırlatdıraraq sosial şəbəkələrdə yayıblar.

Hər halda, nəzərə almaq lazımdır ki, hazırda avtomobil bazarında yeni «Niva» 12 min manatdan bahadır. Ona biraz əl gəzdirib yaxşı vəziyyətə gətirmək üçün ən azı 4-5 min manat da lazımdır. Üstəlik, bir çoxları «Niva»ya elə bir sistem quraşdırır ki, salonda düyməni basdıqda avtomobilin arxası aşağı enir. Bununla «avtoş»lar yol polisini görəndə düyməni basıb maşını normal vəziyyətə gətirirlər. Yol polisinin olmadığı yerlərdə isə öz bildikləri kimi hərəkət edirlər.

Məsələ burasındadır ki, bu kadrlardakı «Niva»ları yol polisi görməsə də, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları yaxşı görür. İnanırıq ki, bu sürücülər artıq cəzalandırılıb və ya yol polisi onları aşkarlayıb barələrində tədbir görəcək.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh